Qadin.NET / Bu kəşf insanı uzun ömürlü edəcək

Bu kəşf insanı uzun ömürlü edəcək



İmmun sistemindəki FAT10 geninindən məhrum edilmiş siçanlar alimləri heyrətləndirib. 

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, amerikalı alimlər FAT10 immun sistemi genindən məhrum edilmiş siçanlar yetişdiriblər. Onların həyatları daha uzun olub və bədənlərindəki piy qatı az olub. 

ABŞ-ın Tafts  Universitetinin əməkdaşı Martin Obin deyir ki, FAT10 geninin əslində nə iş gördüyünü heç kim bilmirdi. Bu günlər iltihab zamanı işə düşür. Bundan əlavə, həmin gen mədə-bağırsaq xərçəngi ilə birbaşa əlaqəlidir. 

"Bu genin söndürülməsi bir sıra müsbət effektlər verir. Piy ehtiyatlarını azaldır ki, bu da qocalma prosesini ləngidir və ömrü 20% uzadır", - o əlavə edib. 

Obin və həmkarları FAT10 geni zədələnmiş siçanlar yetişdiriblər. Sonradan onların həyatını digər siçanların həyatından nə ilə fərqlənəcəyini öyrənməyə çalışıblar. 

Genin ləğv edilməsi bir neçə gözlənilməz nəticələr verib. Siçanlar daha çox yeysələr də, onların piy ehtiyatlar çox olub. 

Həmin siçanlar demək olar ki, həmin heç bir bakteriya olmayan laborotoriya şəraitində yaşayıblar. 

Obin deyir ki, orqanizm infeksiyalar ilə mübarizə üçün çox enerji sərf edir. Bu infeksiyaların mənbəyi isə çox hallarda piy ehtiyatları olur. 

Milli.Az

2 aprel 2014
GO BACK