Qadin.NET / Kağız planşet oldu

Kağız planşet oldu


Sony şirkəti "elektron kağız" texnologiyası əsasında hazırlanmış nazik planşetini təqdim edib. Yeni qurğunun qalınlığı 7 mm-dir, diaqonalı isə A4 ofis kağız vərəqi ölçüsündədir. Sony Digital Paper E-ink texnologiyasına əsaslanır, istifadəçilərə sənədləri oxumağa və qeydlər etməyə icazə verir.

 
Bu halda planşet az enerji sərf edir, şarj topladıqdan sonra üç həftəyədək işləyə bilər. Bundan başqa, qurğunun ekranı həm qaranlıq, həm də işıqda eyni cür göstərir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu satışa may ayında çıxarılacaq və qiyməti 1100 dollar olacaq. Qeyd edək ki, Digital Paper Sony şirkəti ilə əməkdaşlıq çərçivəsində E-ink texnologiyası əsasında hazırlanmış birinci kütləvi kommersiya planşetidir.
Sony şirkətindən bildirilib ki, planşetin ekranının təsvir ölçüsü 1200x1600 piksel təşkil edir və bu, FullHD videonun göstərilməsi üçün kifayət deyil, lakin mətn, qrafik və fotoşəkillərin dərc edilməsi üçün kifayətdir.
 
Planşet Adobe PDF formatını dəstəkləyir və yalnız sənədləri açmaq deyil, həm də saxlamaq mümkündür. Başqa formatlarda olan sənədlər ilk öncə PDF formatına çevrilir, daha sonra göstərilir.
Daxili yaddaşın həcmi 4 QB təşkil edir, SD yaddaş kartları hesabına onu artırmaq olar.
 
Milli.Az
2 aprel 2014
GO BACK