Malayziya hökuməti itmiş Boeing 777-200 təyyarəsinin pilotları ilə dispeçerlər arasında söhbətdə şübhəli heç nə görməyiblər. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Malayziyanın nəqliyyat naziriHişamuddin Huseyn deyib.
"Danışıqların lent yazısında qeyri-adi heç nə yoxdur", - o bildirib.
Danışıqların lent yazısının analizlərinə əsasən, təyyarə nəzərdə tutulan marşrutla hərəkət edirdi. Sonuncu seansdan sonra Vyetnamda yerüstü xidmətlərlə əlaqə saxlamalı idi. Sonuncu danışıq zamanı təyyarə Malayziya sahillərindən 220 km aralıda olub.
Sonuncu danışıqlar belə olub
- Gecəniz xeyir, Malayziya üç yeddi sıfır (reysin nömrəsi)
Ehtimal olunur ki, sonuncu ifadəni ikinci pilot Farik Abdul işlədib.
Milli.Az