Qadin.NET / Allah hansı günahları bağışlamaz?

Allah hansı günahları bağışlamaz?



Milli.Az İslam.az-a istinadən bildirir ki, Allah-təala səmimi qəlbdən tövbə edilmiş bütün günahları bağışlayar inşaAllah. Hətta tövbə edilməmiş günahların da bir hissəsi bağışlana bilər və ya başqa savablar həmin günahları silə bilər. Yalnız Allaha şərik qoşmaq - əgər tövbə edilməsə - bağışlanmaz. Bu barədə Quranda buyurulur: “Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəx­sin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük gü­nah etmiş olur” (Nisa, 48).

 
Bağışlanmaz günahlardan biri də başqa adamın haqqına təcavüz etmək və ondan halallıq almamaqdır (buna “həqqün-nas” deyirlər). Bu cür günahı bağışlamaq ixtiyarını heç Allah da öz üzərinə götürməz. Yalnız məzlum şəxs halallıq versə, bu günah bağışlanar.
 
Milli.Az
1 aprel 2014
GO BACK