Qadin.NET / 14 yaşlı oğlandan iqtisadçıları şoka salan təklif

14 yaşlı oğlandan iqtisadçıları şoka salan təklif

 

 


Amerikanın bütün iqtisadçılarının büdcə kəsirlərini necə aradan qaldırmaq barədə düşündüyü bir vaxtda məktəbli oğlanın təklifi hamını təəccübləndirib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Pitsburqdan olan 14 yaşlıSuvir Mirçandarinin təklifi reallaşarsa, Birləşmiş Ştatlar il ərzində 370 milyon dollar pula qənaət edə bilər. Bunun üçün nə kimisə ixtisara salmaq, nə də ki, başqa radikal addımlar atmaq lazımdır. Bütün rəsmi sənədlərdə istifadə olunan "Times New Roman" və "Century Gothic" şriftlərini "Garamound" şriftləri ilə əvəzləmək kifayətdir. 

 

 
Suvir məktəbdə görüb ki, müəllimlər ona nə qədər çap olunmuş sənədlər verirlər. O araşdırma aparıb və məlum olub ki, ABŞ-da hər il sənədlərin çapı üçün 1,8 milyard dollar vəsait xərclənir. 
 
Məktəbli bəzi eksperimentlər apardıqdan sonra belə bir nəticəyə gəlib ki, çap mürəkkəbinin sərfiyyatı istifadə olunan şriftlərdən asılıdır. Ən qənaətcil şrift isə "Garamound"dur. Bu şriftdən istifadə olunarsa, mürəkkəb sərfiyyatı 30% azalır. 
Milli.az
1 aprel 2014
GO BACK