Amerikada bu həftə texnologiya nəhəngi Apple-ın Samsung-a qarşı iddiasına baxılacaq. Milli.Az Rusiya mətbuatına istinadən Amerika şirkəti Cənubi Koreyadan olan rəqibindən patent hüququnun pozulduğuna görə 2 milyard dollar təzminat tələb edir.
Əgər Apple məhkəmədə qalib gəlsə, Samsung-la yanaşı, Google şirkəti də maliyyə itkisi ilə üzləşəcək. Çünki Android əməliyyat sistemində dəyişiklik etməli olacaq.
Apple hesab edir ki, Samsung smartfon və planşetlər istehsalı zamanı proqram təminatı sahəsində onun 5 müəlliflik hüququnu pozub. Apple hər Samsung avadanlığına görə 40 dollar tələb edir.
Milli.Az