Qadin.NET / "Ağıllı" plastır yaradılıb

"Ağıllı" plastır yaradılıb



Cənubi Koreyalı alimlər tərəfindən yaradılmış plastır yalnız xəstənin cari vəziyyətinə nəzarət deyil, həmçinin zərurət olduqda sərbəst şəkildə onun orqanizminə lazımi miqdarda dərman yerləşdirə bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, həkim xəstə üçün dərman yazdıqda o, sadəcə, həbi qəbul etmək vaxtını unuda bilər və sairə.
 
Məhz xəstələrin təhlükəsizliyi üçün bu "ağıllı" plastır hazırlanıb. Nəticədə insan orqanizminə müəyyən miqdarda dərman daxil edilir və orqanizmdə dərmanın konsentrasiyası optimal səviyyəyə çatdıqda plastır dərmanın təchizatını dayandırır.
 
Plastır uzadıla bilən materialdan hazırlanmış 5 sm uzunluğunda düzbucaqlı dördbucaq formasındadır.
Hər şeydən əvvəl, bu plastır parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün mükəmməl həldir. Qıcolma zamanı plastır xəstənin bədəninə az miqdarda dərman yerləşdirir, qıcolma dayanan kimi dərmanın təchizatı dayandırılır.
Milli.az
1 aprel 2014
GO BACK