Qadin.NET / Tarixə təkrar baxış: Dərbənd qalası - FOTOSESSİYA

Tarixə təkrar baxış: Dərbənd qalası - FOTOSESSİYA

 

 

Tarixi Azərbaycanın ən qədim şəhərlərindən biri də hazırda Dağıstan Respublikasında yerləşən Dərbənd şəhəridir

Dərbənd sözü türk və fars dillərində mövcud olan "dar" və "bənd" sözlərinin birləşməsindən yaranaraq "dar keçid" mənasını verir.

Ərəb mənbələrində Dərbənd "Bab əl-Əbvab" (qapılar qapısı və ya ən böyük qapı) kimi göstərilir.

Tarixi mənbələrə əsasən, V əsrdə Sasani hökmdarı II Yezdəgirdin (438-455-ci illər) zamanında hazırkı qalanın yerində olan istehkamlar əsasında Dərbənd qalasından dənizə qədər bütün keçidlərin qabağı kəsilərək, təpənin zirvəsinədək uzanan qala divarları ucaldılıb.

Qala divarları əvvəlcə çiy kərpicdən inşa olunsa da, daha sonralar I Xosrov Ənuşirəvanın (531-579-cu illər) dövründə daşdan tikilib.

Tarixən qala divarları dənizin içinə qədər uzansa da, hazırda bu divarların xarabalıqları qalır.

Qalada aparılan arxeoloji qazıntı materialları göstərir ki, XI-XIII əsrin əvvəllərində "Dəmir qapı" Dərbənddə qızğın şəhər həyatı olmuş, sənətkarlıq və ticarət, bir sıra ölkələrlə əmtəə-pul münasibətləri inkişaf etmişdi.

Bununla yanaşı, qalanın daxilində son günlərdə aparılan tədqiqatlar nəticəsində Bizans dövrünə məxsus yeraltı kilsələrin olduğu aşkarlanıb. Bu kilsələr daha sonralar su anbarları kimi istifadə edilib.

Milli.Az Trend-ə istinadən oxucularına Dərbənd qalasından fotosessiyanı təqdim edir.

Milli.Az



















































 

1 aprel 2014
GO BACK