Günün başlanğıcı və ümumiyyətlə insanları sevindirən an nahardır. Hər ölkənin, hər bölgənin günə başlama seromoniyası olduqca fərqlidir .. Bu xəbərimizdə sizi fərqli ölkələrin nahar masalarına dəvət edirik
Əgər Peruda bir masada naharı gözləyirsinizsə önünüzə fotoşəkildəki kimi bir yemək gələ bilər. Dəniz məhsulları və yanında sitrus meyvələrindən hazırlanmış içkilərlə təqdim olunan nahara acı bibər və bir çox ədviyyat yoldaşlıq edə bilər.
Perunun dəniz məhsullarından sonra Portuqaliya naharı bəlkə biraz daha normal gələ bilər. Portuqaliyalılar ümumiyyətlə nahar mədəniyyətinə çox sahib deyildirlər, qaldığınız otellərdə belə bəzən nahar tapmaya bilərsiniz, burada səhər yeməyi çöldən alınan "envai" bir növ isti çörək və yanında böyük bir fincan qəhvədən ibarətdir.
Səhər yeməyi də hər bir ölkələrin coğrafi mövqeyinə, iqtisadi vəziyyətinə və ictimai quruluşuna görə seçilir. Yemək növlərinə və müxtəlifliyinə baxıb doğru olan yeməyi tapa bilərsiniz ... Şəkildəki gözəl nahar qabı İngiltərəyə aiddir. Klassik bir İngilis naharı lobya (paxla), sosiska, donuz basdırması, göbələk, qızarmış çörək, yumurta, bir fincan qəhvə, meyvə suyu və istəyə bağlı olaraq qara puding.