Qadin.NET / Qənirə Paşayeva ön cəbhədə sakinlər və hərbçilərlə görüşüb

Qənirə Paşayeva ön cəbhədə sakinlər və hərbçilərlə görüşüb

Qənirə Paşayeva ön cəbhədə sakinlər və hərbçilərlə görüşüb


Millət vəkili  Qənirə Paşayeva Tovuzda Ermənistanın intensiv şəkildə atəşkəsi pozması və mülkü insanları hədəfə alması nəticəsində zərər çəkən evləri, ailələri ziyarət edib. Lent.az-ın məlumatına görə, sakinlər Q. Paşayevaya Ermənistanın son günlər atəşkəsi daha intensiv şəkildə pozaraq dinc insanları, ailələri hədəfə alması və insanlıqdan kənar, çirkin əməlləri barədə məlumatlar veriblər və beynəlxalq təşkilatları bu əməllərə biganə yanaşmamağa çağırıblar.

 

Millət vəkili çıxışında ön cəbhədə Ermənistanın hücumlarına rəğmən yaşamaqdan vaz keçməyən sakinləri cəsarətli, qorxmaz adlandırıb: "Ermənistanın bütün çirkin əməllərinə baxmayaraq, yaşamaqdan vaz keçməməklə siz, cəsarətiniz, Vətən, torpaq sevginiz, qorxmazlığınızla hər zaman düşmənə ən gözəl cavabı verirsiniz. Siz gerçəkdən də qəhrəman insanlarsınız və siz də daxil olmaqla ölkəmizin ön cəbhəsinin önündə yaşayan bütün insanlarımız hər kəsdən daha çox diqqət və qayğıya layiqdir”.

 

Q. Paşayeva  kənd sakinlərinin qaldırdığı bir sıra məsələləri və təkliflərin hamısını qeyd edərək dövlət qurumlarına çatdıracağını və onların həlli istiqamətində əlindən gələni edəcəyini deyib, sakinlərin beynəlxalq təşkilatların Ermənistanın çirkin əməllərinə göz yumması ilə bağlı fikirləri ilə razılaşaraq, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mülkü insanların hədəfə alınmasına ciddi reaksiya, etiraz bildirməməsinin acı təəssüf doğurduğunu bildirib.

Qənirə Paşayeva ön cəbhədə sakinlər və hərbçilərlə görüşüb

Qənirə Paşayeva ön cəbhədə sakinlər və hərbçilərlə görüşüb

Qənirə Paşayeva ön cəbhədə sakinlər və hərbçilərlə görüşüb

Qənirə Paşayeva ön cəbhədə sakinlər və hərbçilərlə görüşüb

Qənirə Paşayeva ön cəbhədə sakinlər və hərbçilərlə görüşüb


lent.az

1 aprel 2014
GO BACK