Qadin.NET / Bakıda bir neçə sahibkarı aldadaraq külli miqdarda pulunu ələ keçirən qadın tutulub

Bakıda bir neçə sahibkarı aldadaraq külli miqdarda pulunu ələ keçirən qadın tutulub

 

 

Bakı. Fuad Cəfərov - APA. Bakıda dələduzluqla məşğul olan qadın tutulub.


Bakı Şəhər Baş Polis İdarəsindənAPA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rübabə Quliyeva tutulub.

 

Qeyd edək ki, R.Quliyeva bir neçə sahibkarın etimadını qazanaraq, onların külli miqdarda pulunu dələduzluq yolu ilə alıb.

 

APA.az

1 aprel 2014
GO BACK