Qadin.NET / Maykl Ceksonun heç yerdə səslənməyən yeni mahnıları

Maykl Ceksonun heç yerdə səslənməyən yeni mahnıları

 

 

 

Pop musiqisinin kralı Maykl Ceksonun yeni albomu işıq üzü görəcək. ANS PRESS-in məlumatına görə, diskdə ifaçının bundan öncə heç yerdə eşidilməyən 8 mahnısı yer alacaq. Diskın buraxılış tarixi may ayının 13-ə planlaşdırılıb. 

5 il bundan öncə vəfat etmiş məşhur ifaçının ölümündən sonra yarımçıq qalmış musiqi işlərinin sona çatdırılmasında ABŞ-ın qabaqcıl menecer və prodüserləri əməkdaşlıq ediblər. 
Tamamlanan işlər “XSCAPE” adlı albomda toplanacaq. Yeni albomda eyni adlı mahnı da yer alacaq. 

Qeyd edək ki, ifaçının ölümündən sonra ilk dəfə 2010-cu ildə "Sony" şirkəti Maykl Ceksonun pərəstişkarlarını sevindirib. Şirkət ulduzun studiya diski olan “Michael” adlı albomunu istehsal edib. 

Dünyanın ən yaxşı müğənnilərinin siyahısında yer alan Maykl Cekson 2009-cu ildə iyun ayının 25-i 51 yaşında vəfat edib. Onun “Thriller” adlı albomu ən çox satılan disk kimi rekordlar kitabına düşüb.

ANS Press

1 aprel 2014
GO BACK