Birləşmiş Ərəb Əmirliklərində mart ayının 31-ən etibarən turistlərdən yeni vergi almağa başlayıblar.
ANS PRESS-in məlumatına görə, verginin miqdarı turistlərin qaldıqları mehmanxana, qonaq evi və kirayə götürdükləri evdən asılıdır. Orta qiymət 7-20 dirhəm (təxmini 4 AZN) təşkil edir. Bu barədə Dubay mətbuat orqanlarında xəbər yayılmağa başlayıb. Məlumatda qeyd olunur ki, tələb olunan vergi hər insandan sutka hesabı ilə alınacaq.
Turistlərdən toplanan pul turizm departamentinə və Dubayın kommersiya marketinqinə veriləcək. Həmin pullar Dubayın turizm sahəsində daha da artmasl və ticarətə ayrılacaq. Bundan əlavə olaraq qeyd olunub ki, toplanan puldan bir hissəsi 2020-ci ildə şəhərdə baş tutacaq Expo-2020 beynəlxalq sərgiyə ayrılacaq. Mehmanxana biznesi ilə məşğul olan şəxslər bildirirlər ki, vergi miqdarı az olduğundan yeni vergi qaydası insanların emiratlara axınına təsir etməyəcək.
Qeyd edək ki, bundan öncə də Dubaya gələn qonaqlardan bələdiyyə vergisi olaraq 10% vergi toplanırdı. Dünyanın ən bahalı ölkələrindən hesab edilən Dubay bundan sonra daha da baha başa gələcək.
ANS Press