Modern.az saytı xəbər verir ki, son araşdırmalara görə, ət, yumurta, süd və süd məhsullarının həddindən çox istifadəsi insan orqanizminə siqaret qədər zərərli ola bilər.
Araşdırma nəticəsində tərkibində zülalın miqdarı çox olan qidaların 65 yaşdan aşağı olan insanlarda xərçəng və diabetdən ölüm riskini dörd dəfə artırdığı məlum olub.
Bu da 18 yaş üçün ölüm riskinin iki dəfə artması deməkdir.
Bəzi mütəxəssislər isə araşdırmanın nəticələri haqqında danışmağın hələ tez olduğu fikrindədirlər.
Araşdırmaya görə, zülal paxlalı bitkilərdən qəbul olunduqda onun zərərli təsirləri yox olur. Lakin buna baxmayaraq, həddindən çox zülal qəbul edən insanlarda digər insanlara görə xərçəng riski üç dəfə çoxdur.
Buna görə də mütəxəssislər qidalanma zamanı bu kimi faktorların nəzərə alınmasını məsləhət görürlər.
Milli.Az