Qadin.NET / AİB Azərbaycanda bəzi körpülərin yenidən qurulmasına 45 milyon dollar ayrılmasını bəyənib

AİB Azərbaycanda bəzi körpülərin yenidən qurulmasına 45 milyon dollar ayrılmasını bəyənib

 

AİB Azərbaycanda bəzi körpülərin yenidən qurulmasına 45 milyon dollar ayrılmasını bəyənib

 

 Asiya İnkişaf Bankı (AİB) Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yolunda körpülərin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün 45 milyon dollar məbləğində krediti bəyənib. Trend-in məlumatına görə, bu barədə bankın yaydığı məlumatda deyilir.

Kredit vəsaiti dörd körpünün (bir dəmiryol körpüsü və çay üzərində üç körpü) inşasına yönəldiləcək.

Kredit göstərilən işlərin yerinə yetirilməsi üçün vacib olan vəsaitin yalnız bir hissəsini təmin edir. Layihənin ümumi dəyəri 58 milyon dollardır.

Qeyd edək ki, Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yolu yenidənqurmadan sonra 2014-cü ilin yanvarında istismara verilib. İkizolaqlı yolun ümumi uzunluğu 59 kilometr təşkil edir. Avtomobil yolunun yenidən qurulmasına 2011-ci ilin noyabrında başlanıb, 2013-cü ilin dekabrında isə başa çatıb. Nəticədə yol üçüncü texniki dərəcəli yoldan ikinci texniki dərəcəli yola çevrilib.

Mənbə:trend.az

 

1 aprel 2014
GO BACK