Qadin.NET / Qucaqlaşmaq əhval-ruhiyyəni yaxşılaşdırır və ağrıları azaldır

Qucaqlaşmaq əhval-ruhiyyəni yaxşılaşdırır və ağrıları azaldır

Qucaqlaşmaq əhval-ruhiyyəni yaxşılaşdırır və ağrıları azaldır


Adi qucaqlaşmanın insana güclü təsiri var. Tədqiqatlar göstərir ki, bu, fiziki, eləcə də depressiya, təlaşlanmaq daxil olmaqla, psixi xəstəliklərin müalicəsinə kömək edir. Qucaqlaşmanın köməyi ilə stress və yalqızlıq hissinin öhdəsindən gəlmək olar. Trend-in məlumatına görə, bu barədə "Tayms of İndia" yazır.

Eyni zamanda, qucaqlaşma insanda etibar və təhlükəsizlik hissi yaradır, başqaları ilə açıq və dürüst əlaqə qurmağa imkan verir.

Qucaqlaşma həmçinin emosional fonun yaxşılaşmasına imkan yaradan oksitosinin konsentrasiyasını artırır. Əgər qucaqlaşma uzun sürərsə, bu halda yaxşı əhval-ruhiyyənin mənbəyi olan serotoninin ifrazı artır.

Hər kəs ona xüsusi və sevgi ilə yanaşılmasını istəyir. Buna görə də qucaqlaşmaq özünəqiymət hissini artırır. Məlumdur ki, özünə dəyər hissi ilə bağlı assosiasiyalar erkən uşaqlıqdan insanın əsəb sisteminə yazılır. İnsanların bir-birilərini qucaqlamaları isə onları aktivləşdirir.

Üstəgəl, bu, yumşaq toxumalarda qan dövranının güclənməsi hesabına ağrının azalmasına gətirib çıxarır. Əsəb sistemi normallaşır, insanın tənəffüsü qaydaya düşür. Alimlərin qənaətincə, insanın diqqətini cari problemlərdən yayındırmaq nöqteyi-nəzərindən qucaqlaşmanı effektinə görə gülüş terapiyası ilə müqayisə etmək olar. Eyni zamanda bununla insan başqasının dərdinə şərik olmağı öyrənir.

 Mənbə:trend.az

 

 

 

31 mart 2014
GO BACK