Qadin.NET / BƏƏ-də ağacların mühafizəsində yenilik-Rəqəmsal kod

BƏƏ-də ağacların mühafizəsində yenilik-Rəqəmsal kod

BƏƏ-də ağacların mühafizəsində yenilik-Rəqəmsal kod


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ağacların əksəriyyətinə tezliklə unikal rəqəmsal kod veriləcək. Belə lövhəciyin mövcudluğu bitkinin dövlətin mühafizəsi altında və xüsusi hüquqi statusa malik olduğunu bildirəcək.

İlk növbədə BƏƏ-nin "qızıl fond"una daxil olan uzunömürlü ağaclar belə status alacaqlar. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS "Gulf News" qəzetinə istinadən xəbər yayıb.

Dubayın rayonlarından birində nəhəng 100 illik mimozaya lövhəciyin sancılması ilə bağlı təntənəli mərasim keçirilib. Ağac güllərlə, ölçüsünə uyğun olan plakatla bəzədilib, onu ətrafına qırmızı xalça salınıb. Plakatda bundan sonra bitkinin mühafizə altında olduğu izah olunub. Vizual informasiyadan başqa, hər rəqəmsal imza obyektin olduğu yer haqqında məlumat mərkəzinə informasiya verən mayakla təchiz edilib.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, təkcə Dubay əmirliyində mühafizəyə ehtiyacı olan 24 mindən artıq ağac var. "Gulf News"un məlumatına görə, bitkilərin yeni hüquqi statusu o demək olacaq ki, onlara zədə vurmaq, kəsmək və başqa yerə daşımaq olmaz. Qaydanı pozanları 300 dollardan 13 min dollaradək cərimə gözləyir.

Bu layihədə əsas yeri Fars körfəzinin səhralıq rayonlarında "həyat ağacı" hesab edilən mimozalar tutacaq.

Dubay bələdiyyəsinin rəhbəri Hüseyn Nasir Luta müsahibəsində deyib: "Mimoza əmirliyin milli dəyəri elan edilib. Ona görə də yeni proqram sayəsində biz onların sayı, yerləşdikləri yerlər haqqında bu ağacların planlı şəkildə becərilməsinə başlamaq üçün məlumat əldə edəcəyimizə ümid edirik".

 Mənbə:trend.az

 

 

 

31 mart 2014
GO BACK