Cenevrədə dəyəri 50 milyon dollar olan çəhrayı brilyantın müəmmalı şəkildə itməsini araşdırırlar.Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, 50,66 karatlıq qiymətli daş "Malca-Amit" şirkətinin saxlancından itib. Şirkət qiymətli əşyaların saxlanması xidməti göstərir. İndi brilyantın Silla Musa adlı sahibi onun itməsində şirkət rəhbərliyini günahlandırır.
Xatırladaq ki, o, daşı mühafizə olunması üçün 2007-ci ildə şirkətə verib.
Ötən ilin avqustunda S.Musa brilyantı saxlancda yoxlamaq qərarına gəlir. Onun sözlərinə görə, lakin şirkətin əməkdaşları qiymətli daşın hansısa iş adamına verildiyini bildiriblər. Öz tərəfindən "Malca-Amit" şirkətinin rəhbərliyi daşın sahibinin onu hələ 2008-ci ildə götürdüyünü və bunu sübut etmək üçün şirkətin sənədlərə malik olduğunu bildirib.
Polis artıq "Malca-Amit"in Cenevrə şöbəsində axtarış aparıb və hazırda saxlancın üç əməkdaşı barəsində təhqiqat aparılır.
Mənbə:trend.az