Qadin.NET / Azərbaycanda bu il ərzində qar ehtiyatının ən çox düşdüyü ərazilərin adları açıqlandı

Azərbaycanda bu il ərzində qar ehtiyatının ən çox düşdüyü ərazilərin adları açıqlandı

Azərbaycanda bu il ərzində qar ehtiyatının ən çox düşdüyü ərazilərin adları açıqlandı

Azərbaycanda bu il ərzində qar ehtiyatının ən çox düşdüyü ərazilərin adları açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, bu il ölkə üzrə ən çox qar ehtiyatı Quba və Qusarın dağlıq ərazilərinə düşüb. Buna baxmayaraq, həmin ərazidə olan qar ehtiyatı da normadan az olub. Kiçik Qafqaz rayonlarında, eləcə də Balakən-Şəki, Oğuz-Qəbələ bölgəsində qar ehtiyatı az olub.

A.Verdiyev deyib ki, builki qar ehtiyatlarını öyrənmək üçün respublikanın dağlıq ərazilərində 28 marşrut üzrə aparılan qar ölçmə işlərinin nəticələrinə əsasən, bu il qar az yağdığından ölkədəki qar ehtiyatı çoxillik norma ilə müqayisədə 37 faiz az olub. Ötən illə müqayisədə isə bu il qar ehtiyatı 50-54 faiz azdır. Bu il qar xəttinin aşağı sərhədi dəniz səviyyəsindən 2180 metr yüksəlikdən keçirsə, ötən il bu sərhəd 1680 metrdən başlayıb. Qar ehtiyatı hesabına bu il çaylarda sululuğun normadan aşağı olacağı gözlənilir.

Mənbə:trend.az

31 mart 2014
GO BACK