Dağlara qalxma mövsümü başlayır.
Trend Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir ki, bununla əlaqədar tanınmış britaniyalı alpinist, ekspert Rob Qrinvud Alp dağlarına qalxmaq istəyənlər üçün ən çox yol verilən səhvlərin siyahısını hazırlayıb.
Beləliklə, ilk səhv
Heç vaxt Günəşdən qoruyan kremdən imtina etməyin!
Alp dağlarında, xüsusən də buzlaqlarda insan həddindən artıq yüksək ultrabənövşəyi şüa dozası alır. Çox adam elə bilir ki, əsas "təhlükə" yuxarıdan gəlir, amma əslində özünü qar və buzdan əks olunan işıqdan da gözləmək lazımdır.
Günəşə qarşı kremdən istifadə etməyən idmançıların sifətlərinin qara tərəf olan hissəsi (burunun alt hissəsi, alt çənə, qulaqlar) ultrabənövşəyi şüadan alınan yanıqlar, qabar və suluqlarla örtülür.
Marşruta çıxandan qabaq qulaq, alın, burun, alt çənə və biləklərinizi yaxşıca kremləməyi unutmayın.
İkinci səhv
Heç vaxt akklimatizasiya məsələlərinə laqeyd yanaşmayın!
Alp dağlarına ilk dəfə gələn idmançılar bu gözəl yerlərin təsirinə düşüb, mümkün qədər tez yuxarıya qalxmağa can atırlar, halbuki bu istək düzgün akklimatizasiya proqramına ziddir. Bu isə öz növbəsində ciddi problemlərə səbəb olur, bütün ekspedisiyanı zərbə altına qoyur.
Üçüncü səhv
Heç vaxt qaldırıcı mexanizmlə qalxmaqdan imtina etməyin!
Qaldırıcılar o qədər də ucuz deyil, amma alpinist yadda saxlamalıdır ki, ona marşruta qalxmaq, özü ilə təchizat aparmaq, sonra isə aşağı enmək üçün güc lazım olacaq. Bəzən isə gecəni də dağda keçirmək lazım olur. Belə halların mümkün olduğunu yaddan çıxarmaq olmaz.
Buna görə də hansısa marşruta çıxmağı planlaşdırmısınızsa və bunun sizdən coxlu güc tələb etdiyini bilirsinizsə, özünüzə şans verib qaldırıcıya minmək üçün bir bilet almaqdan imtina etməyin.
Dördüncü səhv
Heç vaxt marşrutun planlaşdırılmasından imtina etməyin!
Qalxmanı dəqiqliklə planlaşdırmaq lazımdır - marşrut xətlərinin maksimum ətraflı incələməsindən tutmuş, təchizatın hazırlanması və sizin xətlə qalxan digər komandaların hesabatlarının oxunmasınadək.
Marşruta çıxmazdan əvvəl gözlənilməz hallara hazır olub təqvimə ehtiyat üçün azından bir gün əlavə etmək lazımdır.
Beşinci səhv
Heç vaxt yoldaşınıza qayğı göstərməkdən imtina etməyin!
Bu bəndi izah etməyə gərək yoxdur. Sizinlə bir bağlamada olan ortağınızın qayğısına qalan zaman siz, eyni zamanda, özünüzün və marşrutunuzun uğurlu keçməsinin qayğısına qalırsınız.
Mənbə:trend.az