Türkiyədəki teleseriallar son illərdə keyfiyyətlərini yüksətməklə kinofilmlər səviyyəsinə çatmaqdadır. Seriallar arasında elələri də var ki, Türkiyə ilə yanaşı, dünyanın onlarla ölkəsində izlənir.
Bəs türk məşhurlar hansı teleseriallara baxırlar?
Milli.Az AHT-yə istinadən bildirir ki, Arzu Sabançının dediyinə görə, "Kurt Seyit və Şura" teleserialına həvəslə baxır.
"Kıvanc Tatlıtuğun oyununu bəyəndim. Bundan başqa, "Muhteşem yüzyıl"ı da qaçırmıram. Mehmet Günsürlə Halit Ergenc əla oynayırlar", - A.Sabançı deyib.
Digər məşhurların açıqlamaları belədir:
Aslı Üstünkaya: "Ən sevdiyim serial "Muhteşem yüzyıl"dır".
Hatice Aslan: "Komediyaları çox sevirəm. Bu səbəbdən də "Yalan dünya" və "Aramızda kalsın"a baxıram".
Mehmet Ali Erbil: "Ən sevdiyim serial "Muhteşem yüzyıl" idi. Amma Məryəm Üzerli gedəndən sonra seriala sürəkli baxmıram".
Nadire İçkale: "Daha çox "Muhteşem yüzyıl" və "Kurt Seyit və Şura"ya baxıram".
Sema Çelebi: " Baxdığım seriallar "Medcezir", "Karadayı", "Kurt Seyit və Şura", "Muhteşem yüzyıl"dır".
Tuğba Coşkun: "İlk seriyasından etibarən "Kurt Seyit və Şura"ya baxıram. "Yalan dünya"nı da çox sevirəm".
Yasemin Masis: " Daha çox "Yalan dünya"ya baxıram".
Mənbə: Milli.Az