Qadin.NET / Səyyar “ASAN xidmət” regionlarda fəaliyyətə başlayır

Səyyar “ASAN xidmət” regionlarda fəaliyyətə başlayır

Səyyar “ASAN xidmət” regionlarda fəaliyyətə başlayır

Bakı-APA. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar aprelin 1-dən etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaq.

 

“Asan Xidmət” Mərkəzindən APA-yta verilən məlumata görə, 2014-cü dekabr ayına qədər Səyyar “ASAN xidmət” vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Səyyar “ASAN xidmət” vasitəsi ilə 2014-cü aprel ayında aşağıdakı məntəqələrdə müvafiq rayonların sakinlərinə xidmət göstəriləcək:

1. 1-10 aprel tarixində Qazax rayonunda Qazax, Ağstafa, Tovuz rayonlarının sakinlərinə;

2. 1-12 aprel tarixində Xırdalan şəhərində Abşeron rayonun sakinlərinə;

3. 14-23 aprel tarixində Ağstafa rayonunda Ağstafa, Qazax, Tovuz rayonlarının sakinlərinə;

4. 16-25 aprel tarixində Hacıqabul rayonunda Hacıqabul rayonunun sakinlərinə;

5. 27 aprel – 8 may tarixində Tovuz rayonunda Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinə

6. 29 aprel - 8 may tarixində Kürdəmir rayonunda Kürdəmir rayonun sakinlərinə

Dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatı, dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi, vətəndaş məmnunluğuna nail olunması Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədidir.

Mənbə:apa.az
1 aprel 2014
GO BACK