Bakı. Anaxanım Hidayətova-APA. Tel-Aviv məhkəməsində rüşvətxorluqda ittiham olunan İsrailin sabiq baş naziri Ehud Olmertə hökm oxunub.
APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, onunla yanaşı rüşvətxorluqda Qüdsün sabiq meri Uri Lyupolyanski, “Apoalim” bankının sabiq sədri Den Dankner və digər şəxslər ittiham olunur.
Xatırladaq ki, E.Olmert amerikalı biznesmen Moris Talanskidən yüksək məbləğdə pul almaqda günahlandırılıb.
APA.AZ