Qadin.NET / Nizami Kino Mərkəzində milli filmlərin pulsuz nümayişinə başlanacaq

Nizami Kino Mərkəzində milli filmlərin pulsuz nümayişinə başlanacaq

 

Nizami Kino Mərkəzində milli filmlərin pulsuz nümayişinə başlanacaq

 

Bakı. Cavid Zeynalov - APA. Bu gündən etibarən Nizami Kino Mərkəzində bazar ertəsi, çərşənbə və cümə günləri milli filmlərin pulsuz nümayişinə başlanacaq.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, məqsəd tələbə və gənclərin yerli filmlərə marağının artırılması, ekran əsərlərində əks etdirilən adət-ənənələrlə yaxından tanış olması, onların vətənpərvərlik ruhunda yetişməsinə dəstək verilməsidir.

 

Azərbaycanın tarixi və tanınmış simaları haqqında çəkilmiş filmlərin də nümayişi kino mərkəzinin layihəsində nəzərdə tutulub. 

 

APA.AZ

31 mart 2014
GO BACK