Qadin.NET / Boşanmaq qadınlar üçün xeyirlidir?

Boşanmaq qadınlar üçün xeyirlidir?


Boşandıqdan sonra, adətən qadınlar özlərini yaxşı hiss edirlər. Kişilər isə əziyyət çəkirlər. 

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə psixoloq Marya Puqaçova bildirib. 
"Boşandıqdan sonra qadınlar aktiv mübarizə aparırlar. Kişilər isə özlərinə qapılırlar. Bu isə kişilərin başqa partnyorlara getmədikləri zaman baş verir. Prioritetlərdən də çox şey asılıdır. Qadının daha çox vaxtı olur. O, iki nəfərə deyil, özünə xidmət edir, özünün qayğısına qalır", - o əlavə edib. 
Psixoloq deyib ki, qadının öz qazancını heç bir çəkingənlik olmadan istədiyi kimi xərcləməsi də onun üçün komfort yaradır. 

 

Mənbə:Milli.Az

31 mart 2014
GO BACK