“Eurovision-2014” mahnı müsabiqəsinin yarımfinal və final mərhələsinin biletləri aprelin 4-dən satışa çıxarılacaq.
APA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqənin hər üç mərhələsinin əsas məşqinə biletlər isə may ayından satışda olacaq.
Xatırladaq ki, 59-cu “Eurovision” mahnı müsabiqəsi bu il Danimarkanın paytaxtı Kopenhagendə mayın 6-dan 10-dək davam edəcək.
Azərbaycanı müsabiqədə Dilarə Kazımova “Star a Fire” mahnısı ilə təmsil edəcək.
LENT.AZ