Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Corc Kluni ailə qurmaq qərarına gəlib. 52 yaşlı Kluni son vaxtlar Britaniyada yaşayan müsəlman vəkil, 36 yaşlı Əmal Əlamuddinlə birlikdədir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Corcla Əmal ötən ilin sentyabrında tanış olublar. Onlar indiyədək bütün iddialara "biz sadəcə, dostuq" deməklə kifayətləndilər.
Lakin son vaxtlar Corc Kluni britaniyalı vəkilə vurulduğunu etiraf etməyə başlayıb.
"Həyatımın sonunadək bu qadının yanında olmaq istərdim. Əmalı sevirəm, o da məni sevir. Əmal ağıllı, savadlı, dünyagörmüş qadındır", - Kluni deyib.
Britaniyanın məşhur vəkillərindən olan, əslən livanlı Əmal Əlamuddin ekstradisiya məsələləri üzrə ekspert kimi tanınır. Üstəlik, London mediası onu
"Britaniyanın ən gözəl vəkili" adlandırır.
İndiyədək cəmi bir dəfə ailə qurmuş Corc Kluni 1992-ci ildə boşanandan sonra bir daha evlənməyəcəyinə söz vermişdi.
Onun sevgililəri arasında Culiya Roberts, Rene Zelveger, Kelli Preston, Sindi Krouford da vardı.
"Britaniyanın ən gözəl vəkili" adlandırır.