Qadin.NET / Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub

Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Füzuli rayonunun Horadiz şəhəri, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

Mənbə: Milli.Az

31 mart 2014
GO BACK