Türkiyənin Kayseri bölgəsində səsvermə zamanı maraqlı bir hadisə baş verib. ANS PRESS-in məlumatına görə, 113 yaşlı nənə ölkədə keçirilən bələdiyyə seçkilərində səs vermək üçün səsvermə məntəqəsinə gəlib.
Dönə Karaçavuş adlı nənə seçki məntəqəsinə təcili tibbi yardım maşını vasitəsi ilə gəlib. Səs verən xanım daha sonra gəldiyi təcili tibbi yardım maşını ilə evinə qayıdıb.
Qeyd edək ki, Dönə Karaçavuş 1901-ci ildə dünyaya gəlib. Onun 7 uşaq anası olduğu bildirilir.
Mənbə: ANS Press