İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Əfqan Güloğlan oğlu Atakişiyevə tanışı Şaiq Faiq oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.
Baxış zamanı dezodorant qabının içərisində 2 ədəd sellofana bükülmüş, xalis çəkisi 4,569 qram olan narkotik maddə - tiryək aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Mənbə: ANS PRESS