Tokio, Seul, Sidney kimi şəhərlərin ardınca dünya saatı adlı aksiya çərçivəsində Asiya və Avropanın digər şəhərlərində də bir saat müddətinə qaranlıq çöküb. Dünya əhalisinin ekoloji maarifləndirilməsi məqsədilə keçirilən genişmiqyaslı aksiyaya Karaçi şəhəri də qoşulub.
Dünya saatı adlı aksiya Pakistanın Karaçi şəhərində davam edib. Sind Asambleyası binası önünə toplaşan rəsmilər və “yaşıllar” mərkəzdəki əsas binaların işıqları söndürüldükən sonra şamlar yandırıb, havaya uçan fənərlər buraxıb.
Dünən zülmətə qərq olan 7 min könüllü şəhər arasında Honq Konqda yer alıb. Şəhərin əsas göydələnində işıqların keçməsi maraqlı görüntü yaradıb. Ekoloji tədbirə dəstək olaraq Honqonqda bu hərəkata 3900-ə yaxın şirkət, məktəb və dövlət idarələri qoşulub.
İqlim dəyişikliyinin ən çox qabardığı şəhərlərdən olan Tehran beynəlxalq tədbirə həmrəylik nümayiş etdirmək üçün Məşhur Azadi və Milad Qülləsinin işıqlarını keçirib. 435 metr hündürlükdə olan qüllə dünyanın altıncı ən hündür qülləsi sayılır.
Dünya saatı Avropaya yan aldığı bir vaxtda Afina işıqları söndürən ilk şəhərlərdən olub. Ölkənin qədim tarixi olan Akropolu 60 dəqiqəlik zülmətə qərq olub. Rusiyanın paytaxtı Moskvada Qırmızı Meydan və Müqəddəs Bazil kilsəsinin işıqları keçirilib.
Hər il keçirilən tədbirə Fransa və İtaliya da həmrəy olub. Parisdə əsas turist hədəfi olan Eyfel qülləsi gecənin qaranlığına qovuşub,Vatikan şəhəri isə qaranlıq düşdükdən sonra yalnız kağız fənərlərlə və Vəhşi Təbiət Fondunun simvolu olan panda oyuncaqlarla işıqlandırılıb.
Dünya saatı Ümumdünya Vəhşi Təbiət Fondu tərəfində hər il təşkil olunan beynəlxalq aksiyadır. Aksiya hər il mart ayının sonuncu şənbəsində keçirilir. Aksiyada iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün ölkələr ərazilərindəki binaların işıqlarını bir saatlıq keçirməyə çağrılır. İlk dəfə belə bir aksiya 2007-ci ildə təkcə Avstraliyanın Sidney şəhərində keçirilsə də, 2009-cu ildə artıq genişmiqyaslı bir tədbirə çevrilib.
Mənbə
ANS TV