Qadin.NET / Türkiyədə keçirilən seçkilərlə bağlı insidentlərdə 6 nəfər ölüb, 30 nəfər isə yaralanıb

Türkiyədə keçirilən seçkilərlə bağlı insidentlərdə 6 nəfər ölüb, 30 nəfər isə yaralanıb

Türkiyədə keçirilən seçkilərlə bağlı insidentlərdə 6 nəfər ölüb, 30 nəfər isə  yaralanıb

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri zamanı müxtəlif bölgələrdə insidentlər olub. APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə,  Türkiyənin Şanlıurfa, Hatay və Qaziantəp rayonlarında bələdiyyə seçkiləri zamanı qan tökülüb, ölən və yaralananlar var.  


Hilvanda muxtar (kənd icra nümayəndəsi) seçkiləri zamanı 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Hatayda isə 2 nəfər ölüb, 9 nəfər yaralanıb. Qaziantəpdə isə bir narkotik istifadəçisi 4 nəfəri bıçaqlayıb.

 

Şanlıurfanın Ciftlik kəndində isə muxtar seçkiləri zamanı baş vermiş insidentdə 9 nəfər yaralanıb. Kənddə müxtarlığa iddialı olan Ersöz və Öztürk soyadlı namzidələrin nəsilləri arasındakı mübahisə qanlı davaya çevrilib.

 

Şanlıurfanın digər qəsəbəsində də muxtar seçkiləri zamanı biri polis olmaqla 3 nəfər yaralanıb, 4 nəfər isə saxlanılıb.

 

Balıkəsirdə isə AKP-nin seçki ilə bağlı hazırlanmış avtobusunun qapısından yıxılan 53 yaşlı Emel İnceoğlu dünyasını dəyişib.

30 mart 2014
GO BACK