Qadin.NET / Azərbaycana qar yağıb

Azərbaycana qar yağıb

Martın 30-na keçən gecə Azərbaycanın bəzi bölgələrinə qar yağıb. Lent.Az-ın məlumatına görə, qarlı hava şəraiti əsasən qərb və şimal-qərb bölgələrində müşahidə edilib. Tovuz, Gədəbəy, Daşkəsən rayonlarına 10-15 santimetr qar düşüb.

Bu gecədən etibarən ölkənin digər bölgələrində də hava kəskin soyuyub. Bakıda və Abşeron yarımadasında isə güclü külək müşahidə olunur. Havanın temperaturu 10-12 dərəcə enib.

Qeyd edək ki, hava şəraitinin kəskinləşməsi ilə bağlı sinoptiklər öncədən xəbərdarlıq edib.

Mənbə: Lent.Az

30 mart 2014
GO BACK