Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Depa
Yaxın 3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, tez-tez güclü cənub-qərb və şimal küləklərinin biri-birini əvəz edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Martın 18-də Azərbaycanın bəzi cənub və qərb rayonlarında havanın az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Güclü qərb küləyi əsəcək.
Aran rayonlarında temperaturun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Mənbə: Milli.Az