Qadin.NET / Jirinovski azərbaycanlıları təhqir etdi

Jirinovski azərbaycanlıları təhqir etdi

Rusiyanın LDPR partiyasının lideri Vladimir Jirinovski yenə də qalmaqallı çıxışı ilə yadda qalıb.Anspress-in məlumatına görə, Dövlət Dumasında çıxışı zamanı o, azərbaycanlılar və ukraynalılardan danışıb. V. Jirinovski azərbaycanlı adında bir xalqın əslində mövcud olmadığını deyib.
"Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər-Xəzər dənizi, baca-yəni yer deməkir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət demək deyil axı. Bu həmin yerdə yaşayan insanlar deməkdir. Yəni necə ki, volqoqradlılar", - deyə Jirinovski deyib.
Qeyd edək ki, Vladimir Jirinovski bir neçə gün əvvəl də qalmaqallı çıxışı ilə yadda qalmışdı. O, Dağlıq Qarabağın Rusiyaya verilməsini təklif etmişdi. Partiya liderinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsini yalnız bu yolla həll etmək mümkündür. 

Mənbə: Milli.Az

17 mart 2014
GO BACK