Milli.Az xəbər verir ki, Milli Məclisdən Modern.az saytına verilən məlumata görə, əlillərin müavinətlərinin artırılması ilə bağlı ölkə başçısının müvafiq sərəncam imzalayacağı gözlənilir. Milli Məclisdən onu da bildiriblər ki, imzalanacaq sərəncamda pensiyaların məbləğində də artımın olması nəzərdə tutulur. “Əlillərin müavinətlərinın məbləği kifayət qədər artırılacaq. Hətta artımın 50% olacağını da gözləmək olar. Bundan başqa, Qarabağ müharibəsi əlillərinin övladları ödənişli əsaslarla ali məktəblərə daxil olacağı təqdirdə, onların təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi də gündəmdədir. Odur ki, yaxın vaxtlarda ölkə başçısının sərəncam verəcəyi gözlənilir”, - Milli Məclisdən bildiriblər.
Mənbə: Milli.Az