Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 0-5°, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 15° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındahava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.Temperaturun gecə 2-7°, gündüz 12-17° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqTemperaturun gecə 0-5°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Temperaturun gecə 3-8°, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.
Temperaturun gecə 5-7°, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Mənbə: Milli.Az