Qadin.NET / Günün ulduz falı - 15.04.2014

Günün ulduz falı - 15.04.2014

Qoç - Yaxın ətrafınızdakı insanlarla dil tapa bilsəniz də, ünsiyyət sizi sevindirmək əvəzinə, usandırır. Tək qalmağa, hiss və fikirlərinizdən baş çıxarmağa, vaxtınızı maraqlı işə həsr etməyə can atırsınız. Kimsənin sizi işdən ayırmasını istəmirsiniz. Yaxınlarınızın marağı, qayğıları bəzən cansıxıcı olur, ifrata varır. Qıcıqlanmayın. Münaqişələrə səbəb olmayın, sakitliyi emosional partlayışla əvəzləməyin.
Alış-veriş üçün əlverişli gündür. İmiclə eksperimentlər etmək olar.Səhhətinizin qeydinə qalın.
Buğa - Maraqlı tanışlıqlar vəd edən gündür. Diqqətə layiq olan insanlar sizinlə maraqlanacaqlar. İstənilən görüş yaxşı keçəcək. İşgüzar fəaliyyət və maliyyə ilə bağlı məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Kommersiya fəaliyyəti gəlir verəcək.
Köhnə dostları yada salın. Onlardan birində faydalı məlumat və ya maraqlı təklif ola bilər.
Günün ikinci yarısında alış-veriş etmək olar.İdmanla məşğul olmağı unutmayın.Aktiv və gümrah olmağa çalışın.
Əkizlər - Çətin və qarışıq gündür. Yaranan sədləri dəf edərək məqsədə doğru irəliləyin. Maliyyə problemləri yaranacaq. Yardım üçün dostlara və ya yaxın bildiyiniz insanlara müraciət etmək olar. Alış-veriş və ya sərmayə ilə bağlı qərar verməzdən əvvəl bir qədər düşünün, götür-qoy edin. Təcrübəli insanın məsləhətlərinə qulaq asın.Uzun müddətdən bəri dil tapa bilmədiyiniz insanla münasibətlərdə dəyişikliklər ola bilər. İstək və niyyətləriniz barədə açıq danışın. Sizə rəğbət bəsləyən insanların dəstəyindən yararlana bilərsiniz.
Xərçəng - Şərtlər uğurlu olmasa da, inadkar və qətiyyətli olun. Situasiyanın yaxşılığa doğru dəyişəcəyini gözləmədən irəliləyin. Çaş-baş qalmayın, ardıcıl hərəkət edin, seçdiyiniz yoldan çıxmayın. Gördüyünüz işin nəticəsinə nail olun.
Kiçik gəlirlər olacaq. Əldə olunan pulları xərcləməyə tələsməyin.Praktik məzmunlu layihə və ya ideyanı reallaşdırmaq üçün əlverişli gündür. Yaşam arealında dəyişikliklər etmək, təmirə və ya yeniliklərə başlamaq olar. Kulinar eksperimentlər uğurlu alınacaq.İmicdə ciddi dəyişikliklər etmək məsləhət deyil. Nəticə sizi təəccübləndirə bilər.
Şir - Mürəkkəb və qarışıq gündür. Mənfi təmayüllərin təsiri çox güclüdür. Problemlər əsla gözləmədiyiniz yerlərdə və zamanlarda yaranır. Bütün işlərdə etibar etdiyiniz insanla münasibətlərdə sərinləşmənin yaşanmasına imkan verməyin. Tanışlarınız sizə çoxdankı yanlışlıq və səhvlərinizi xatırladacaqlar. Söhbətin qarşılıqlı iradlara, sərt açıqlamalar mübadiləsinə çevrilməsinə imkan verməyin. Sayıq və həssas davranın, qarşı tərəfi nədəsə ittiham etməyin.Günün ikinci yarısında yaradıcılıq potensialı yüsək olacaq. Təxəyyüldən bəhrələnə bilərsiniz. Problemlərin orijinal həllini tapın, təkrarolunmaz variantı seçin.
Qız - Çətin və mürəkkəb problemlərin həlli üçün əlverişli zamandır. Uğur qazanacağınıza şübhə etsələr də, konkret planı reallaşdıra bilərsiniz. Ağır situasiyada dadınıza yetəcək yardımçılar və müttəfiqlər var. İşləri düzgün planlaşdırın. Liderlik məziyyətlərinizi və təşkilatçılıq bacarığınızı nümayiş etdirin. Müstəqil hərəkət edərək qərar verə bilməyənləri arxanızca aparın.
Sevdiyiniz insana günün ikinci yarısında diqqət ayırın. Hər ikiniz üçün mühüm olan məsələni müzakirə edin. Bu, münasibətlərin inkişafı üçün faydalıdır.Ailə üzvləri və ya qohumlarla gəzintiyə, səfərə yollanmaq olar. Vaxtınızı xoş keçirin.
Tərəzi - Yaxşı, rahat gündür. Uğur sizinlə olacaq. Düşərli situasiyadan istifadə edərək önəmli məqsədə və ya hədəfə çatmağa çalışın. Maliyyə və ya əmlakla bağlı məsələlərin həllini təxirə salmayın. Gərəkli nəticəyə nail olmaq üçün var qüvvənizi sərf etmək, səyləri əsirgəməmək, ciddi çalışmaq zamanıdır. Yaxın ətrafınızdakı insanlarla dil tapın. Zərurət yaranan zamanda və məkanda güzəştə gedin. Amma maraqlarınızı qurban verməyin.Günün ikinci yarısında xəfif ağrılar, səhhətdə problemlər riski var. Yuxusuzluq istisna deyil.
Özünüzü ifrat yormayın, günün dürüst rejiminə riayət edin.Normal istirahət edin.
Əqrəb - Bu gündən çox şey gözləməyin, asan qələbələrə bel bağlamayın. İşlərdə irəliləyişlərə nail olmaq mümkündür. Lakin qələbələr və uğurlar əhəmiyyətli olmayacaq. Hansısa anlaşmaların, razılaşmaların pozulması istisna deyil. Sizə dəstək və yardım söz vermiş insanlar vədlərinə xilaf çıxacaqlar. Müstəqil hərəkət edin. Qətiyyətli və soyuqqanlı olsanız, sonucda istədiyinizə çatacaqsınız.
Ümumi maliyyə və əmlakla bağlı məsələləri müzakirə etmək üçün yaxşı gün deyil. Hamını razı salacaq həll variantını tapa bilməyəcəksiniz. Münaqişə ehtimalı isə böyükdür. Qonaq getmək məsləhət deyil.Axşam saatlarını ailə ilə birlikdə keçirin.
Oxatan - Asan və asudə, xoş və müsbət ünsiyyətlər, maraqlı görüşlər üçün əlverişli zamandır. Köhnə dostlarla görüş sizi sevindirəcək. Yeni və maraqlı tanışlıq ola bilər. İmiclə eksperimentlər aparmaq, yeni stil seçmək olar. Zövq sizi aldatmayacaq, nəticələr gözləntilərinizə uyğun olacaq.Günün ikinci yarısında köhnə problemlərdən birinə qayıtmaq olar: bu çətinliyi çözmək imkanı yaranıb. Maliyyə fonu düşərlidir.Gözlənilməz gəlirlər, sərfəli anlaşma və ya sövdələşmə şansı artır. İşgüzar intuisiyanız artsın. Biznes duyumuzuna güvənin.
Oğlaq - Ünsiyyət və danışıqlar, anlaşma və sövdələşmələr üçün əlverişli gün deyil. Yaxın ətrafınızdakı insanlardan biri öz problemlərini həll etmək üçün sizdən yararlanmağa çalışır. Onlar səylərinizin, yardımlarınızın əvəzində susur, sizə arxa çevirirlər. Maliyyə itkiləri, uğursuz alış-veriş, pul və ya qiymətli əşya itkisi istisna deyil.Sövdələşmə, razılaşmalar məsləhət deyil. Hətta sınanmış tərəfdaş belə, arzuolunmaz davranış sərgiləyə bilər.Günün ikinci yarısında ən kiçik problemlərə emosional reaksiya verməyin. Sevinməyə səbəb olsa da, nikbinliyi unutmayın. Həyatı sevən insanlarla daha çox vaxt keçirin. Onlar sizin eyninizi açacaqlar.
Dolça - Yeni, maraqlı ideyalar peyda olur. İstirahət və əyləncəni təxirə salın. Çoxdan bəri reallaşdırmaq istədiyiniz ideyanı indi həyata keçirmək olar. Siz və yaxınlarınızın uzun müddət baş sındırdığınız problemi həll etmək mümkündür. Müxtəlif eksperimentlər üçün əlverişli zamandır.Günün ikinci yarısında maraqlı tanışlıqlar olacaq. Orijinal dünyagörüşü və həyata qeyri-standart baxışı ilə fərqlənən insanla qarşılaşacaqsınız. Bilik və bacarıqların artırılması, yeni təcrübənin əxz edilməsi, bacarıqlı insanlarla təmaslar üçün yaxşı gündür.Qısamüddətli səfərlər pozitiv emosiyalar yaradacaq.
Balıqlar - İstək və arzularınızın böyük qismini reallaşdırmağa çalışmayın. Belə imkanlar ola bilər, amma onları seçməyə çalışaraq real işləri qulaqardına vurmayın. Maliyyə itkilərini minimuma endirin. Pullarla həvəslə vidalaşmayın. Az sonra maliyyə vəsaitinə nə qədər ehtiyacınızın olduğunu anlayacaqsınız. İşgüzar aktivliyi azaltmayın. Azacıq imkan yaranan kimi çətin işi başqasına həvələ etməyin, yaxşı tanımadığınız insanlara bel bağlamayın. Belə davranış çox pis nəticələr verə bilər.
Günün ikinci yarısı dəvət aldığınız tədbirə qatılmaq üçün yaxşı zaman deyil. Orada qarşılaşdığınız insanlarda özünüzlə bağlı xoş təəssürat yarada bilməyəcəksiniz. Ünsiyyətdən də həzz almayacaqsınız.
Mənbə: Milli.Az
15 mart 2014
GO BACK