Qadin.NET / Hərbçilərimiz müharibəyə hazırdır?

Hərbçilərimiz müharibəyə hazırdır?

Milli.Az bildirir ki, nazirliyin mətbuat xidmətindən anspress-in sorğusuna cavab olaraq bildiriblər ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə hərbi qulluqçularla mənəvi-psixoloji iş müvafiq vəzifələrdə xidmət edən zabitlər tərəfindən həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, bu zabitlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, əsgərlərlə fərdi söhbətlərin aparılması, psixoloji testlərin, anonim sorğuların keçirilməsi və digər fəaliyyətləri yerinə yetirirlər: “Aparılan işlərin nəticəsi olaraq risk qrupuna aid olan problemli gənclər müəyyən edilir, onlarla fərdi iş təşkil olunur və ehtiyac duyulanlar nəzarətə götürülür, xüsusi diqqət və qayğı ilə əhatə olunurlar”,- deyə nazirliyin mətbuat xidmətindən göndərilən cavabda bildirilib.
Nazirlikdən, həmçinin bildiriblər ki, psixoloji iş hərbi qulluqçuların hərbi xidmətə çağırıldığı gündən ehtiyata buraxılanadək planlı şəkildə, mütəmadi və davamlı olaraq həyata keçirilir: “Bu sahədə fəaliyyətlər şəxsi heyətlə aparılan fərdi işin daha da yaxşılaşdırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının artırılması, baş verə biləcək neqativ halların qarşısının alınması məqsədini daşıyır”,- deyə bildirilib.

Mənbə: Milli.Az

14 mart 2014
GO BACK