"Qadınlar, özünüzə qulluq edin. Gözəl görünün. Kişilərin əksəriyyətinin xəyanətinin səbəbi qadınların özlərinə baxmamasıdır”. Bunlar ən çox eşitdiyimiz sözlərdən biridir. Qadınlar isə bu ifadələri vizual baxımlılıqda görür və özlərinə gözləllik etalonu seçib ona bənzəməyə çalışırlar. Sonra isə həkim nəzarətindən kənar pəhrizlər, bahalı markalı ətirlər, makiyaj ləvazimatları və s. – müəyyən komplekslər yaranmağa başlayır.Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bununla da bəylərə daim şübhə ilə yanaşırlar. Qadınlar xəyanətlə rastlaşarkən "o, qadın məndən gözəldirmi? Mənim ondan nə əskiyim var?”, bəylər isə xəyanətlə rastlaşarkən "məni necə aldada bildi? Niyə belə axmaqlıq eləmişəm?” kimi düşünürlər. Yəni qadınlar xəyanətlə üzləşdikləri zaman seçilməmişlik, kişilər isə aldadılmışlıq duyğusu keçirirlər.Amma artıq "vizual görüntü xəyanətdə böyük rol oynayır” tendensiyası son illər öz təsdiqin tapmır. Alman alimlərin araşdırmalarına görə, kişilərdə bağlılıq duyğusu qadınlarla müqayisədə daha çoxdur. Sadəcə qadınların əksəriyyəti bunu görə və istifadə edə bilmir.Kişilər xanımlarında öz analarını axtarırlar. Buna psixoanalizdə Edip kompleksi – oğulun anaya olan məhəbbəti deyilir. Əgər qadınlar bu həssas nöqtədən tuta bilsələr, özlərini kişilərə sevdirə bilərlər. Bunun üçün xanımlarımız qaynanalarını yaxşı tanımağa çalışmalıdırlar. Gəlin bir neçə sirri sizlərlə paylaşaq:Mətbəx. "Kişinin qəlbinə gedən yol mədəsindən keçər” sözlərini boşa deməyiblər. Qadınların onlara bişirdikləri yeməkləri özlərinə qarşı qayğı kimi görürlər. Yəni kişilər üçün bişirilən yeməyin dadı ikinci plandadır, əsas ona sərf olunan zaman və əziyyətdir.Qayğı. Kişilərin qadınların onları uşaq kimi əzizləməyi üçün lap ürəkləri gedir. Məsələn, saçlarını tumarlamaq, xəstələnəndə uşaq kimi onu əzizləmək – bir sözlə, qayğı göstərmək.Tərif. Amma qadına deyilən tərif "necə də gözəlsən, ağıllısan” kimi deməkdənsə, onlara "necə də güclüsən, sənin yanında özümü rahat hiss edirəm, məni himayə edə bilirsən” kimi sözləri desəniz, uduzmazsınız. Çünki kişilər gücə daha çox önəm verirlər. Onu da qeyd etmək lazımdır ki, kişilərə bu tərifləri deyərkən bunların sizin yanınızda etibarlı olduğunu da qeyd edin. Mənim gözümdə beləsən. Yəni kişi özünü sizin yanınızda güclü hiss etsin.Günahkarlıq. Kişilər bir şeyi dəfələrlə eşitdikdə ona qarşı biganələşir. Kişinin qüsurlarını birbaşa üzlərinə dedikdə, utansalar da, bir müddətdən sonra "mən onsuz beləyəm” kimi düşünüb onu düzəltməyə cəhd göstərmirlər. Qadınlar qusurlarını dolayı yolla, yumşaldılmış formada onlara çatdırdıqda daha uğurlu olur. Məsələn, kişinin yalanını tutan zaman qadın bunu onun üzünə söyləməkdənsə, "xəbərim var, eyib olsun, çox təəssüf” kimi baxışlarla xırda atmacalar atsa, kişiyə bu daha pis təsir edər, nəinki birbaşa söyləmək. Ümumiyyətlə, qadınlar bir az səbirli olsalar, kişilərdə daha çox olan günahkarlıq duyğusundan istifadə edə bilərlər.Sonda isə onu qeyd etmək istəyirik ki, istər oxuduğunuz kitabla, istər baxdığınız filmlə, istər geyindiyiniz geyimlə, istərsə də istifadə etdiyiniz makiyajla həmişə maraqlı və baxımlı olmağa çalışın.
Mənbə: Milli.Az