Qadin.NET / "Azərsu" sakinlər qarşısında şərt qoydu

"Azərsu" sakinlər qarşısında şərt qoydu

"Azərsu"nun hər bir abonenti bilir ki, xidmət haqları sayğac göstəriciləri əsasında ödənilir. Əgər mənzildə sayğac yoxdursa, onda ödəniş evdə qeydiyyatdan keçmiş adamların sayı ilə tənzimlənir. Mənzildə nə qədər adam qeydiyyatdadırsa, onların sayına uyğun olaraq ödəniş həyata keçirilir. Ancaq Day.Az saytına məkub yazan oxuculardan biri deyir ki, yaşadığı mənzildə 2 nəfər qeydiyyatda olsa da, sukanal idarəsinin əməkdaşı 4 nəfərə görə su pulu tələb edib. Onun sözlərinə görə, belə bir qayda yalnız Nəsimi rayonunda tətbiq edilir. Qalan yerlərdə isə qeydiyyatda olan adamların sayına görə pul alınır. 
Milli.Az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. O deyib ki, belə faktlar barədə məlumatları var. "Məsələ burasındadır ki, abonentlərin 50%-i sayğıc göstəricisi ilə pul ödəmirlər. Çünki onların mənzillərində sayğac yoxdur. Təkcə ötən il biz 191 min sayğac quraşdırmışıq. Bu istiqamətdə işlər davam etdirilir. Əgər sayğac yoxdursa, evdə qeydiyyatdan keçmiş adamların sayına görə pul alınır. Biz aşkar etmişik ki, sayğac olmayan evlərdə formal olaraq 1-2 nəfər qeydiyyatdadır. Faktiki olaraq isə, həmin mənzillərdə 5-6 nəfər yaşayır. Onlar yanız 1-2 nəfərə görə su pulu verirlər. Bu doğrudurmu? Belə hallar ölkəmizdə çoxdur", - o əlavə edib. Bununla əlaqədar "Azərsu" sakinlər qarşısında şərt qoyub. Əgər onlar su pulunu evdə qeydiyyatda olan adamların sayına görə ödəmək istəyirlərsə, o zaman ailə tərkibi haqda arayış da təqdim etməlidirlər. 

Mənbə: Milli.Az

14 mart 2014
GO BACK