Qadin.NET / Ermənilər Azərbaycan tərəfə niyə keçirlər?

Ermənilər Azərbaycan tərəfə niyə keçirlər?

Müdafiə Nazirliyi Ermənistan tərəfindən olan insanların tez-tez sərhədi keçərək Azərbaycan tərəfinə keçməsinin qarşısının alınması məqsədi ilə Silahlı Qüvvələrimizə əlavə tapşırıqlar verilməsi məsələsinə aydınlıq gətirib.Nazirliyin mətbuat xidmətindən anspress-in sorğusuna cavab olaraq bildiriblər ki, müdafiə nazirinin məsələ ilə əlaqədar verdiyi əmrinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir:“Müdafiə nazirinin əmrinin tələblərinə uyğun olaraq düşmənlə təmas xəttində yerləşən bölmələrimizdə bütün müvafiq tədbirlər həyata keçirilib və hazırda da keçirilir”.

Mənbə: Milli.Az

14 mart 2014
GO BACK