Qadin.NET / Yuxunuz şirin olsun!

Yuxunuz şirin olsun!

Bu gün Ümumdünya Yuxu Günüdür. Milli.Az xəbər verir ki, Yuxu Günü 2008-ci ildən etibarən hər il Ümumdünya Yuxu Günü Komitəsinin (World Sleep Day Committee) təşəbbüsü ilə keçirilir. Əsas istiqamət isə cəmiyyətin diqqətini doğru və sağlam yuxuya cəlb etmək, bunun insan sağlamlığı üçün və sosial faydalarına diqqət çəkməkdir. Yuxu Günü hər il mart ayının üçüncü cümə günü keçirilir. Bəs siz, əziz oxucular, sağlam yuxunun faydalarını bilirsinizmi? Gün ərzində yuxu üçün neçə saat vaxt ayırırsınız? Böyük insanların normal yuxu vaxtının nə qədər olduğu bilirsinizmi? Yuxunuza haram qatana nə edərsiniz?Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz. 

Mənbə: Milli.Az

14 mart 2014
GO BACK