ABŞ - interneti kəşf edən ölkə internetə orta çıxış sürətinə görə reytinqdə mövqeyini itirməkdə davam edir. Ookla Speedtest xidmətinin son hesabatında ABŞ dünyada 33-cü yerə enərək sürətə görə hətta Macarıstan, Slovakiya və İsraildən geri qalıb.
Vəziyyətin pis olması ABŞ-ın internetə çıxış bazarının xüsusiyyətləri ilə izah edilir. Məsələ ondadır ki, bir necə nəhəng telekommunikasiya şirkəti ərazi bölgüsü ilə bağlı razılığa gəlib. Comcast və Time Warner Cable şirkətləri faktiki olaraq fəaliyyət göstərdikləri ərazilərdə inhisarçılığı əllərində saxlayır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, istisnalığı yalnız Google Fiber servisinin fəaliyyətə başladığı şəhərlər təşkil edir. Belə ki, orada rəqabət vüsət alır və qiymətlər aşağı düşür.
Problem ondan ibarətdir ki, yeni şirkətlər bazara çıxmaqda çətinliklə (külli miqdarda investisiyalar tələb olunur) üzləşir. Əksər ekspertlərin fikrincə, ABŞ Cənubi Koreyada provayderlərə verilən vergi imtiyazları kimi yeni bazar modelləri tətbiq etməlidir.
İnternetə çıxış sürətinə görə dünya reytinqində lider sakinləri internetə 73,07 Mbit/saniyə ilə daxil olan Honkonqdur. İkinci yeri Sinqapur (58,12 Mbit/saniyə), üçüncü yeri Rumıniya (56,59 Mbit/saniyə) tutub. Cənubi Koreya (51,99 Mbit/saniyə) isə dördüncü yerdə qərarlaşıb.
Mənbə: Milli.Az