Toqonun paytaxtı Lomedə dünyanın ən böyük vudu bazarı var.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 750 min nəfər sakini olan şəhərdəki "Akodessewa Fetish Market" adlı bu bazarda vudu kultu üçün az qala hər şey almaq olar.Toqoluların təxminən yarısı vuduya sitayiş edirlər.Bu bazarda qurudulmuş meymun və ya kaftar kəllələri, fil quyruğu, timsah kəlləsi, hətta diri qırğı və ya şahin almaq olar.Toqolular arasında ən populyar ətir isə buqələmunun qurudulmuş quyruğundan hazırlanmış yağdır.
Mənbə: Milli.Az