Qadin.NET / Bakıya gətirilən ətlər yoxlanılacaq

Bakıya gətirilən ətlər yoxlanılacaq

 

Dövlət Baytarlıq Xidməti (DBX) Novruz bayramı ilə əlaqədar ov məhsullarının satışı ilə əlaqədar paytaxtın müxtəlif yerlərində reydlərə start verib. Bu barədə Movqe.az-a DBX-nın mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəliməlumat verib. Y.Xanvəli bildirib ki, paytaxtda bazarlara çıxarılan ov heyvanlarının əti baytar yoxlamasından keçiriləcək:"Köçəri quşların ovlanmasına qoyulan qadağa bu gün də qüvvədədir. Bundan başqa paytaxtın ət kəsim məntəqələrindəki ətlər də müayinədən keçiriləcək. Yarmarkalara çıxarılan ət məhsulları yoxlanılacaq". 

Mənbə:Milli.Az

13 mart 2014
GO BACK