Qadin.NET / WhatsApp işlədirsiniz? Çox diqqətli olun

WhatsApp işlədirsiniz? Çox diqqətli olun

 

Tanınmış kompüter təhlükəsizliyi mütəxəssisi Pol Kosyalkovski (Paul Kocialkowski) Samsung Galaxy smartfonlarında aşkarladığı çox ciddi problemdən bəhs edib.O, smartfon fon rejimində çalışarkən kommunikasiya çipi ilə əlaqə saxlayan proqram aşkarlayıb. Həmin proqramdan yararlanan haker Samsung Galaxy smartfonlarının modemləri vasitəsilə telefondakı bütün faylları oxumaq, yazmaq, silmək və ötürmək imkanları əldə edir.Bundan başqa, smartfondakı Android əməliyyat sistemi istifadəçinin fərdi məlumatlarının əldə olunması və dəyişdirilməsinə də "icazə verir".Milli.Az Gizmodo-ya istinadən bildirir ki, "backdoor" tipli bu virus proqramı Nexus S (I902x), Galaxy S (I9000), Galaxy S 2 (I9100), Galaxy Note (N7000), Galaxy Nexus (I9250), Galaxy Tab 2 7.0 (P31xx), Galaxy Tab 2 10.1 (P51xx), Galaxy S 3 (I9300), Galaxy Note 2 (N7100) smartfonlarında var.Hollandiyalı İT mütəxəssisi Bas Bosshert isə WhatsApp messencer proqramının Android əməliyyat sistemi üçün nəzərdə tutulmuş versiyasında "dəlik" aşkarlayıb. Bu "dəlik" smartfon sahiblərinin WhatsApp vasitəsilə yazışmalarının məxfiliyini tamamən pozur, hakerlərə yazışma barədə tam məlumat əldə etməyə imkan verir.Gerçək WhatsApp kimi qələmə verilən proqramı Google Play-dan smartfonuna yükləyən şəxs yazışmaları ilə yanaşı, SD yaddaşda olan bütün fayllarını hakerlərə "təhvil" vermiş olur.Bosshertin yazdığına görə, WhatsApp-da yazışma faylları iki versiyada olur. Köhnə versiyalar dialoqları SQL fayl formasında yadda saxlayır və bu faylları hətta Excel cədvəlinə döndərmək olar.WhatsApp-ın yenilənmiş versiyası isə yazışmaları şifrələsə də, onları 11 sətrlik skript vasitəsilə asanlıqla "açmaq" olar.

Mənbə: Milli.Az

13 mart 2014
GO BACK