Qadin.NET / Azərbaycanda ehtiyatsızlıqdan xəsarət alan hərbçilərimizlə bağlı rəsmi açıqlama

Azərbaycanda ehtiyatsızlıqdan xəsarət alan hərbçilərimizlə bağlı rəsmi açıqlama

 

Müdafiə Nazirliyindən hərbi hissələrdə nizam-intizamın pozulması, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməməsi nəticəsində hərbçilərimizin xəsarət almasının qarşısının alınması yolları ilə bağlı açıqlama veriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı anspress-ə açıqlamasında Müdafiə Nazirliyi rəhbərliyi və hərbi hissə komandanlığı tərəfindən neqativ halların baş verməməsi üçün hərbi hissə və birləşmələrdə bütün qabaqlayıcı tədbirlər görüldüyünü deyib. Vaqif Dərgahlı qeyd edib ki, Silahlı Qüvvələrdə baş verə biləcək neqativ hadisələrin qarşısının alınması və aradan qaldırılması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə komandir-rəis heyəti tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
Onun sözlərinə görə, şəxsi heyətlə fərdi tərbiyə işi aparılır, onların tələbat və ehtiyacları, mənəvi-psixoloji durumu öyrənilir: “Eyni zamanda silah-sursat, texnikadan istifadə vaxtı təhlükəsizlik qaydalarına əməl edilməsinə, onların mühafizəsi, saxlanılmasına ciddi nəzarət olunmasına, həmçinin bu sahədə müvafiq təlimatların öyrənilməsinə xüsusi diqqət yetirilir”. 

Mənbə: Milli.Az

 

13 mart 2014
GO BACK