Müdafiə Nazirliyindən Azərbaycanın zirehli texnikalarının döyüşə hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı açıqlama verilib.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı anspress-ə açıqlamasında, Silahlı Qüvvələrimizin döyüşə hazırlığının daim artırılması və eləcə də maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində atılan addımların planlı şəkildə, mütəmadi olaraq həyata keçirildiyini qeyd edib.Onun sözlərinə görə, zirehli texnikaların döyüşə hazırlıq vəziyyətlərinin yaxşılaşdırılması Müdafiə Nazirliyinin rəhbərliyinin daim diqqətindədir:Silahlı Qüvvələrimizin döyüşə hazırlığının daim artırılması və eləcə də maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində atılan addımlar planlı şəkildə, mütəmadi olaraq həyata keçirilir.Bu istiqamətdə görülən işlər Müdafiə Nazirliyinin rəhbərliyinin daim diqqətindədir və uğurla davam edir.
Mənbə: Milli.Az