Milli.Az İslam.az-a istinadən bildirir ki, xalq şüurunda Novruz – “İmam Əlinin (ə) taxta çıxdığı gün” sayılır. Həqiqətən, Novruz bayramı Qədir-Xum hadisəsi ilə üst-üstə düşüb. Əlbəttə, heç kim iddia etmir ki, Novruz bayramı hər il Qədir-Xüm günü ilə üst-üstə düşməlidir. Çünki hicri-qəməri və şəmsi təqvimlər arasındakı illik fərq bunu qeyri-mümkün edir. Məlum olan budur ki, məhz həmin il (hicri 10-cu il) zilhiccə ayının 18-i şəmsi təqvimdəki yeni ilin yeni ayının 1-nə (miladi təqvimlə 632-ci il mart ayının 19-na və ya 20-nə) təsadüf etmişdi. Hicri və miladi təqvimlər arasında çevirmə üçün nəzərdə tutulmuş sinxron cədvəllər vasitəsilə də bunu yoxlamaq olar (qeyd edək ki, həmin cədvəllərdə kiçik xəta ehtimalı mümkündür).
Mənbə: Milli.Az